`Oxuduğum yerdə qaş-göz hərəkətləri edirlər` - Kişi müğənni
Sevda Yahyayeva: "Çox yerdə akustika çatışmır. Səslənmə pis olur, bu halı sevmirəm".
Roza Zərgərli: "İlk növbədə, yeməklərin masaya çox düzülməsini xoşlamıram. İsrafçılıq olur. Bir də səs akustikası yaxşı deyil".
Samir Piriyev: "Oxuduğun yerdə kimsə göz-qaş hərəkətləri edir, bunu xoşlamıram".
Günay İbrahimli: "Toyun sonunda içib, özlərin apara bilmirlər. Bir də çox danışanda xoşlamıram. Bəyin bütün qohumları - əmisi, dayısı, xalası çıxış edir. Məclisi ata açır, bəsdir də..."
Elvin Abdullayev: "Toylarda israfçılıq çoxdur. Bir də layiq olmayan ifaçıya çox pul ödəyirlər".
Elton Hüseynəliyev: "Oxuduğum yerdə gəlib qulağıma söz deməsinlər. Müğənni ifa edəndə onun ruhu, bədəni musiqiyə təslim olur".
Teqlər: