Beş boksçumuz qələbə qazandı

Beş boksçumuz qələbə qazandı
  05 Noyabr 2014    Oxunub:1466
Rusiyanın Anapa şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinin üçüncü günündə rinqə çıxan beş boksçumuzun hamısı qələbə qazanıb.
AzVision.az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən Rasim Çobanlı çexiyalı Daniel Svestkanı mübarizədən kənarlaşdırıb – 3:0. Boksçumuz dörddəbir finalda Belarus nümayəndəsi Mikita Krasnabayev ilə qarşılaşacaq.

Ruslan Rüstəmovun (46 kq) qələbəsi isə daha əlamətdar olub. Milli komandamızın üzvü erməni boksçusu Jirayr Sargeyan üzərində inamlı qələbə qazanıb – 3:0. Həmyerlimiz dörddəbir finalda rusiyalı Pavel Ryasniy ilə üz-üzə gələcək.

Hacı Dilbazov (75 kq) isə İsrail təmsilçisi Vyaçeslav Şemetovu 3:0 hesabı ilə məğlub edib. Boksçumuz dörddəbir finalda ukraynalı İvan Çubreviçevlə görüşəcək.

Malik Həsənov (48 kq) Ukrayna təmsilçisi Sergey Korolu yarışdan kənarlaşdırıb – 3:0.
Məhəmməd Abdullayev (80 kq-dan yuxarı) Avropa birinciliyində ikinci görüşünü nokautla başa vurub. Boksçumuz litvalı Marek Korolkovu ikinci raundda təslim olmağa məcbur edib. Yarımfinala vəsiqə əldə edən M.Abdullayev Ukrayna idmançısı Vyaçeslav Qavrilyuk ilə qarşılaşacaq.

Avropa birinciliyinə noyabrın 8-də yekun vurulacaq.


Teqlər:





Xəbər lenti