“Bakıda 14 Gənclər Evi inşa ediləcək”

 “Bakıda 14 Gənclər Evi inşa ediləcək”
  03 May 2013    Oxunub:1283
“Gəncliyə yardım Dövlət Proqramı çərçivəsində Bakıda 14 Gənclər Evi inşa ediləcək”.
Bunu AzVision.az-a açıqlamasında Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. Nazir müavini bildirib ki, bununla yanaşı olaraq ayrı-ayrı rayon və şəhərlərdə yerli hakimiyyət nümayindələrinin təşəbbüsü ilə işlər davam etdirilir:

“Bu gün üçün 20 rayon və şəhərimizdə gənclər evi və gənclər mərkəzi mövcuddur. Bunlar gənclər üçün sosial xidmət mərkəzləridir. Çalışırıq ki, bu müəssisələrin qapısı hər zaman açıq olsun və bu yerlər gənclər üçün elə bir məkan olsun ki, onlar bir araya gəlsinlər, fikir mübadiləsi aparsınlar. Bütün gənclər evi müasir texniki təchizatla təmin olunub. Orada müasir klublar və dərnəklər fəaliyyət göstərir. Çalışırıq ki, gənclər buradan aktiv şəkildə istifadə etsinlər”.

Anar


Teqlər:  





Xəbər lenti