Boksçularımız yarımfinala vəsiqə qazandı

Boksçularımız yarımfinala vəsiqə qazandı
  07 Noyabr 2014    Oxunub:1364
Boks üzrə Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində yarımfinalçıların adları məlum olub.
Azərbaycan Boks Federasiyasından AzVision.az-a bildiriblər ki, milli komandamızın 6 üzvü yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalları özlərinə təmin ediblər.

İdmançımız Ruslan Rüstəmov (46 kq) rusiyalı Pavel Ryasnı üzərində qələbə qazanıb – 3:0. Həmyerlimiz yarımfinalda Belarus təmsilçisi Yevgeni Karmilçiklə qarşılaşacaq.

Hacı Dilbazov da (75 kq) dörddəbir final mərhələsini qələbə ilə başa vurub. Boksçumuz ukraynalı İvan Çubreviçevi mübarizədən kənarlaşdırıb. Milli komandamızın üzvü finala gedən yolda rusiyalı Valid Kakayevlə üz-üzə gələcək.

63 kq çəki dərəcəsində çıxış edən Pərviz Quliyev Macarıstan təmsilçisi Mark Kontreç üzərində qələbə qazanıb – 2:1. P.Quliyevin yarımfinalda rəqibi İsa Yevloyev (Rusiya) olacaq.
Bəxtiyar Qazıbəyov (57 kq) şotlandiyalı Kallium Stüartla döyüşdən qalib ayrılıb – 3:0. Boksçumuz yarımfinalda almaniyalı Jabs Qermannla görüşəcək.

70 kq çəki dərəcəsində mübarizə aparan Rasim Çobanlı Belarus idmançısı Mikita Krasnabayev üzərində qələbə qazanıb. O, növbəti mərhələdə şotlandiyalı Villiyam Hatçinsonla döyüşəcək.

Buna qədər Məhəmməd Abdullayev də (80+kq) yarımfinala vəsiqə əldə etmişdi. M.Abdullayev yarımfinalda ukraynalı Vyaçeslav Qavrilyukla görüşəcək.
Yarımfinal görüşləri noyabrın 7-də keçiriləcək. Avropa birinciliyinə ayın 8-də yekun vurulacaq


Teqlər:





Xəbər lenti