Məşhur aktyorun ölüm səbəbi bilindi

Məşhur aktyorun ölüm səbəbi bilindi
  08 Noyabr 2014    Oxunub:2639
Məşhur amerikalı aktyor Robin Uilyamsın ölüm səbəbi açıqlanıb.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, aktyor özünə qəsd edib.

“Toksikoloji ekspertiza Uilyamsın qanında alkoqol və ya narkotik aşkarlamayıb. Həkimlərin qənaətinə görə, aktyor kəmərlə asılma nəticəsində yaranan boğulma zamanı ölüb”, - deyə aktyorun ölümü ilə bağlı işi aparan Kaliforniya Dairəsinin şerifi Marin Kit Boyd bildirib.

Uilyamsın həyat yoldaşı istintaqa bildirib ki, onun yoldaşı son vaxtlar depressiya ilə mübarizə aparıb.

Xatırladaq ki, Robin Uilyams bu ilin avqust ayının 12-də özünə qəsd edib.

Robin Uilyams - “Oskar mükafatının qalibi, beş dəfə isə “Qızıl Qlobus” mükafatının 5 qat laureatıdır. Uilyamsa məşhuruluğu Barri Levinsonun “Sabahın xeyr, Vyetnam”. Aktyor həmçinin “Missis Dautfayer”, “Avqust Raş”, “İkiyüz yaşı olan adam”, “Arzular hara aparır”, “Cumanci “ kimi filmlərdə də çəkilib.


Ümumilikdə, Uilyams təxminən 300-ə yaxın filmdə çəkilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti