Yaralı “Qarabağ” azarkeşi əməliyyat olundu-Açıqlama

Yaralı “Qarabağ” azarkeşi əməliyyat olundu-Açıqlama
  08 Noyabr 2014    Oxunub:2409
Bakıdakı Tofiq Bəhrəmov adına stadionda keçirilən "Qarabağ" "Dnepr" matçında üzərinə dəmir qapı aşaraq yaralanan azarkeş Samir Mirzəyev əməliyyat olunub. "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov AzVision.az-a açıqlamasında bildirib ki, bir az öncə yaralı azarkeş Sahib Mirzəyevin əməliyyatı başa çatıb. Klub rəsmisi qeyd edib ki, xəsarət alan azarkeşə lazımi yardım göstərilir:

“Həkim bildiridi ki, əməliyyat uğurlu olub. Bu reanimasiyada qalacaq və sabahdan etibarən palataya köçürüləcək”.

Xatırladaq ki, Ağdamın “Qarabağ” futbol klubu Tofiq Bəhramov adına Respublika stadionunun qapılarından birinin aşması nəticəsində yaralanan azarkeşimiz Samir Mirzəyevin müalicə və əməliyyatın bütün xərclərini öz üzərinə götürüb. Hadisə noyabrın 6-da Azərbaycanın UEFA Avropa liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"-"Dnepr" oyununu keçirilən gün baş verib. 11-ci sektorda oyunu izləyən "Qarabağ" azarkeşi Samir Mirzəyevin üzərinə dəmir qapı aşıb. Onun kəllə-beyin travması aldığı, oma və diz sümüyünün sındığı bildirilib.

Anar Kəlbiyev



Teqlər:





Xəbər lenti