“Bozbash pictures” efirə qayıdır

 “Bozbash pictures” efirə qayıdır
  08 Noyabr 2014    Oxunub:2255
ATV-də yayımlanan "Bozbash pictures" yenidən efirə qayıdır.

Yaydan bəri yayımını dayandıran komediya janrındakı teletamaşanın yeni bölümü noyabrın 14-də nümayiş olunacaq.

Bununla bağlı aktyorlar - İlkin Həsəni, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, Ramil Babayev yeni anons hazırlayıblar. Anonsda xalq artisti Ramiz Novruz, müğənni Xumar Qədimova, əməkdar artist Abbas Bağırov, aparıcılar - Afaq Gəncəli, Nərgiz Vahabqızı və başqaları yer alıb.


Teqlər:





Xəbər lenti