Bakıda qəza - 7 nəfər yaralandı
Bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. O qeyd edib ki, dəm qazı ilə bağlı tibbi yardıma həftə ərzində 20-dən çox müraciət edilir: “Son sutka ərzində isə dəm qazı zəhərlənməsi ilə 8 nəfər müraciət edib, onlardan da 5-i xəstəxanaya yerləşdirilib”.
Həkim vurğulayıb ki, sutka ərzində Bakı şəhərində 5 avtoqəza baş verib: “Qəzalar zamanı 7 nəfər xəsarət alıb və onlar da xəstəxanaya yerləşdirilib”.
Z. Vahidovanın sözlərinə görə, paytaxtda ən çox qəza Qaradağ rayonu ərazisində baş verir:
“Bakının bütün rayonlarında qəzalar olur. Ancaq ən çox qəza Qaradağ-Ələt yolunda qeydə alınır”. /lent.az/
Teqlər: