Samuxda bacı-qardaş dəm qazından zəhərlənib

Samuxda bacı-qardaş dəm qazından zəhərlənib
  09 Noyabr 2014    Oxunub:1198
Samux rayonunda üç nəfər dəm qazından zəhərlənib. AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Nəbiağalı qəsəbəsində baş verib. Qəsəbə sakini, 14 yaşlı İlkin Nəsibov və onun bacısı 17 yaşlı Gülzar Nəsibova, eləcə də onlara qonaq gələn rayonun Seyidli kənd sakini, 33 yaşlı Əsmər Mollayeva dəm qazından zəhərlənib.

Onlar Samux rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının renimasiya şöbəsinə gətirilib. Zəhərlənənlərə ilkini tibbi yardım göstərilib və vəziyyətlərinin orta ağır olduğu bildirilir.


Teqlər:





Xəbər lenti