Baş məşqçi qovuldu

Baş məşqçi qovuldu
  09 Noyabr 2014    Oxunub:1426
Cari mövsüm uğursuz çıxışları ilə yadda qalan Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Vahid Halilhodziçlə yolları ayırıb.

Qarşılıqlı razılaşma əsasında bosniyalı mütəxəssisin müqaviləsinə xitam verilib.

Komandanı superliqanın 11-ci turunda bu gün “Konyaspor”la keçiriləcək oyuna klubun kordinatoru Sadi Tekelioğlu çıxaracğı bildirilib.

Qeyd edək ki, cari mövsümün əvvəlində “Trabzonspor”a baş məşqçi təyin olunan Halilhodziç 2005/2006 mövsümündə də bu komandanı çalışdırıb.


Teqlər:





Xəbər lenti