“ASAN Könüllüləri” Bayraq Gününü qeyd edib - FOTO

“ASAN Könüllüləri” Bayraq Gününü qeyd edib - FOTO
  09 Noyabr 2014    Oxunub:3566
“ASAN Könüllüləri” Gənclər Təşkilatı ictimai birliyinin təşkilatçılığı ilə 9 noyabr 2014-cü il tarixində saat 11:00-dan etibarən ASAN Xidmət mərkəzlərinin yerləşdiyi - Bakı, Gəncə, Sumqayıt, Bərdə və Sabirabad şəhərlərində “9 noyabr- Dövlət Bayrağı”gününə həsr olunmuş yürüş baş tutub.

"Bayrağımız - dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir"şüarı altında keçirilən tədbirdə 500-dənçox Könüllü iştirak edib.

Yürüş boyunca Könüllülər bayraqlar və milli atributlarla şəhərlərin mərkəzlərində bukletlər paylayıblar. Bukletlərdə bayraq gününün tarixi, önəmi və bayrağımız haqqında məlumat xüsusi yer alıb.

Könüllülərin şəhərlərin mərkəzlərindən Bayraq meydanlarına doğru yürüş edərək yerli sakinləri və mərkəzlərdə olan yaşlı və gənc nəslində diqqətini cəlb ediblər.

Keçən il yalnız Bakı şəhərində aksiya keçirərək bayramı qeyd edən “ASAN Könüllüləri” Gənclər Təşkilatı ictimai birliyi bu il Bakı, Gəncə, Sumqayıt, Sabirabad şəhərlərində və Tərtər rayonunda da aksiyalar keçirərək Respublika səviyyəsində bu önəmli bayramı qeyd edib.


Teqlər:  





Xəbər lenti