Saatlıda qanun pozuntusu

Saatlıda qanun pozuntusu
  10 Noyabr 2014    Oxunub:1844
Bu il “Saatlı” Elektrik Şəbəkəsi (EŞ) Müəsisəsində keçirilmiş reydlər zamanı 920-dən artıq qayda pozuntusu faktı aşkar olunub. Nəticədə 2 milyon 101,3 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 126,2 min manatdan çox istehlak dəyəri bərpa edilib. son üç ayda müəssisə üzrə elektrik verilişi xətlərində və transformator məntəqələrində təmir işləri həyata keçirilib.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, ötən 9 ayda müəssisə üzrə ümumi istehlak 67,6 milyon kilovat-saatdan, o cümlədən sentyabr ayında isə, 5,4 milyon kilovat-saatdan artıq olub. Ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə bu dövrdə ümumi istehlak 1,6 milyon kilovat-saata yaxın artıb.


Teqlər:  





Xəbər lenti