Tennis turniri başa çatdı

Tennis turniri başa çatdı
  10 Noyabr 2014    Oxunub:1364
Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində Konstitusiyası Gününə həsr olunmuş 2003-cü il təvəllüdlü və daha az yaşlı oğlan və qızlar arasında keçirilmiş turnir başa çatıb.
AzVision.az trend-ə istinadən xəbər verir ki, iki gün davam edən və şəxsi formatda keçirilmiş yarışlarda Bakı və regionlardan olan 50 idmançı mübarizə aparıb.

Oğlanlar arasında I yerə Bakı Tennis Məktəbinin idmançısı Kənan Pənahov, II yerə “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin tennnisçisi Fəxri Abdullayev, III yerə isə “Neftçi İdman Klubu” İctimai Birliyinin yetirməsi Rəşad Tahirov layiq görülüb.

Qızlar arasında “Neftçi İdman Klubu” İctimai Birliyinin idmançısı Nigar Əhmədova I, Qaradağ rayonunun Uşaq Gənclər İdman Məktəbinin təmsilçisi Aytac Qasımova II və “Neftçi İdman Klubu” İctimai Birliyinin tennisçisi Zemfira Mikayılova III olublar.

Sonda qaliblərə Azərbaycan Stolüstü Tennis Federasiyanın diplom və hədiyyələri təqdim edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti