Pəncərə silən kişi 4-cü mərtəbədən yıxıldı

Pəncərə silən kişi 4-cü mərtəbədən yıxıldı
  10 Noyabr 2014    Oxunub:2303
Ötən gün Bakının Xətai rayonunda evin pəncərəsini silən kişi hündürlükdən yıxılıb.
Xətai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə 9 mərtəbəli binada baş verib.

Belə ki, binanın 4-cü mərtəbəsində yaşayan 1962-ci il təvəllüdlü Pərviz Əziz oğlu Əmircanov pəncərədən yıxılıb. O birinci mərtəbənin eyvanının artırmasına düşüb.

Kəllə-beyin travması, döş qəfəsinin sınığı, əl və ayaqların qırılması, eyni zamanda digər bədən xəsarətləri alıb. P.Əmircanov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda renimasiyada müalicə alır.

Qeyd edək ki, Pərviz Əmircanov pəncərə silərkən ehtiyatsız davranaraq yıxılıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti