Di Kaprio haqda bilmədiyiniz 10 maraqlı fakt (FOTOLAR)

Di Kaprio haqda bilmədiyiniz 10 maraqlı fakt (FOTOLAR)
  11 Noyabr 2014    Oxunub:3371
Hollivudun ən məşhur aktyorlarından olan Leonardo Di Kaprionun bu gün 40 yaşı tamam olur.

AzVision.az aktyorun həyat və yaradıcılığından 10 maraqlı faktı təqdim edir:

Leonorda Di Kaprionun adı məşhur rəssam Leonardo Da Vinçi ilə bağlıdır. Belə ki, aktyorun anası İrmalin Di Kaprio İtaliyanın Florensiya şəhərində Uffizi muzeyində Di Kaprionun əsərlərinə tamaşa edəndə aktyor ana bətnində tərpənir. İrmalin Di Kaprio bunu ilahi bir işarə kimi qiymətləndirir və uşağa Leonardo adını verir.



Aktyorun ən sevimli yeməyi makarondur. Vegetrian olan Leo ət və ət məhsullarının qoxusuna belə dözə bilmir. O həmçinin keçmiş sevgilisi Qvinet Paltrou da vegeterian etmişdi.



İncəsənət vurğunu olan aktyor hərraclarda rəsm əsərlərinə kifayət qədər pul xərcləyir. Belə ki, 2011-ci ildə Nyu-Yorkda baş tutan hərracda Pablo Pikassonun əsərini almaq istəyən Leo buna nail ola bilmir. Əvəzində isə sürrealist rəssam Salvador Dalinin 1942-ci ildə çəkdiyi rəsmi alır.

Leo ədəbiyyatdan da uzaq deyil. Ən sevdiyi əsər isə Ernest Hemenqueyin “Qoca və dəniz” əsəridir.



Vegeterian və incəsənət vurğunu olan Leo həm də heyvansevərdir. Baxmayaraq ki, bir dəfə az qala köpək balığına yem olurmuş. Belə ki, 2006-cı ildə “Blood Diamond” filminin çəkilişi zamanı köpək balığının əlindən son anda xilas olub. Buna baxmayaraq, heyvanların xilası üçün milyonlarla dollar xərcləyir. 2004-cü ildə okeandakı heyvanlaırn xilası üçün 3 milyon, 2010-cu ildə isə pələnglərin xilası üçün 1 milyon dollar pul xərcləyib. Evində isə it və nəhəng tısbağa bəsləyir.



Bütün bu cəhətlərlə yanaşı Leonu sevdirən daha bir cəhəti onun yaraşığıdır.

“People” maqazin jurnalının hazırladığı siyahıda Leo dünyanın ən gözəl və ən yaraşıqlı aktyorlarının 50-liliyindədir. İngiltərənin “Empire” jurnalının isə “Bütün dövlərin ən yaxşı 100 ulduzu” siyahısında 75-ci yerdədir.



Los-Anceles şəhərindəki məhəllələrdən birində doğulan Leonardonun atası komiks çəkən rəssam, anası isə vəkil katibəsi olub. Müsahibələrində çox kasıb uşaqlıq keçirdiyini deyən aktyor yaşadığı məhəllədə narkotika və fahişəliyin şahidi olduğunu deyib:

“Yaşadığım yer sözün əsl mənasında “Taksi sürücüsü” filmindəki kimi idi”.

Leonardonun 1 yaşı olanda valideynləri boşanır və o anası ilə yaşayır. Yalnız “Titanik” filminin nümayişi başlayandan bir həftə əvvəl öz evinə köçə bilir.



Bu günə qədər 5 dəfə Oskar mükafatına namizəd göstərilən Leonardo Di Kaprio hələ də bu mükafatı ala bilməyib.

“Leonardo niyə Oskar ala bilmir?” cümləsi demək olar ki, hər il qış aylarının ən çox səslənən sualı olur. Fevral (Oskar) ayı yaxınlaşdıqca bu sual da gündəmə gəlir.



Leonardo Di Kaprio 23 ildir ki, aktyorluq fəaliyyəti ilə məşğuldur və bu müddət ərzində cəmi 29 filmdə rol alıb. Tamaşaçıların böyük qismi onu “Titanik” filmi ilə tanısa da aktyor ilk dəfə 1991-ci ildə “Critters” adlı filmdə epizodik rolda çıxış etmişdi. İlk dəfə isə 1993-cü ildə “Whats Eating Gilbert Grape?” filmindəki roluna görə “Ən yaxşı ikinci dərəcəli aktyor” nominasiyasında Oskar mükafatına namizəd olur.



Hollivudda adətən ən yaxşı film layihələri, ən əsas rollar ilk olaraq Leonardoya təklif olunur. O prodüsser və rejissorların ən arzuolunan aktyorudur.



Bu günə qədər bir çox gözəl qadınla sevgili olmuş Leonardo hələ də subaydır. Cəmi bir dəfə isə Bar Rafaeli ilə nişanlı olub, amma münasibət evliliyə çatmadan bitib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti