`Ölmək istəyirdim...` - Tanınmış aparıcı

`Ölmək istəyirdim...` - Tanınmış aparıcı
  11 Noyabr 2014    Oxunub:1891
“10-12 il bundan qabaq ağır depressiyaya dümüşdüm. Ölməyi beynimə qoymuşdum”.
Bu sözləri “Adam içində” verilişinin aparıcısı Elgiz Əkbər bugünkü canlı efirdə qoyulmuş mövzuya öz münasibətini bildirərkən etiraf edib.

O, özünü tamamilə həyatdan təcrid etdiyini, qapılarıda hər kəsə bağladığını, heç kəsi yaxına buraxmadığını söyləyib. Aparıcı “Çox yaxın dostum məni çıxardı evdən. Mir Mövsüm ağanın qəbrinə getdik. Orada dua etdim ki, duzəlim, yenidən həyata adaptasiya olmaq istədim. Çünki ölmək istəmirdim”. Min şükür Allaha özüm-özümü iynəsiz-dərmansız vəziyyətdən çıxardım” sözlərini qeyd edib.

Aparıcı heç kimi təbliğ etmədiyini, Allaha sığınaraq vəziyyətdən çıxdığını söyləyib.

Qeyd edək ki, veriliş hazırda davam edir.(ans)




Teqlər:





Xəbər lenti