Sükan arxasından siqaret çəkən sürücülərə cəza
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayev AzərTAc-a bildirib ki, qayda pozuntularının 202-si sükan arxasında siqaret çəkilməsi, 6-sı telefondan istifadə edilməsi, 11-i avtobusdakı bort avadanlığına müdaxilə, digər ikisi isə avtobusun dayanacaqdan kənarda saxlanılması və nəqliyyat vasitəsinin sənədsiz idarə edilməsi ilə bağlı olub. Ümumiyyətlə, bu cür qayda pozuntularına qarşı Mərkəz tərəfindən ciddi tədbirlər görülür.