Bakıda qadın evində ölü tapıldı

Bakıda qadın evində ölü tapıldı
  13 Noyabr 2014    Oxunub:1338
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1942-ci il təvəllüdlü Abbarinova Olqa Mixayilovna köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin eyvanının dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək mənzilə daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaşın vəfat etdiyi müəyyən olunub.

O.Abbarinovanın cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:31-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti