Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  13 Noyabr 2014    Oxunub:1114
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında nisbətən yüksək atmosfer təzyiqi fonunda temperatur rejiminin norma daxilində tərəddüdü, əsasən mülayim cənub küləyinin üstünlülüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Teqlər:





Xəbər lenti