`Ruhani qarşımda baş əydi` - Azərbaycanlı müğənni

`Ruhani qarşımda baş əydi` - Azərbaycanlı müğənni
  13 Noyabr 2014    Oxunub:6354
“Ruhani oxuduğum “Ana” mahnısını çox bəyənmişdi..”

Tanınmış müğənni, Əməkdar artist Baloğlan Əşrəfov İran prezidenti Həsən Ruhani ilə yaddaqalan xatirələrini bölüşüb.

AzVision.az-a açıqlamasında müğənni Ruhani tərəfindən İrana dəvət aldığını deyib:

- 2001-ci ildə Ruhani İranda Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışırdı. Bir məmur kimi Azərbayacana təşrif buyurmuşdu. Məni də onun gəlişi münasibəti ilə təşkil olunmuş tədbirə dəvət etmişdilər.

Dövlətimizin çox böyük şəxsiyyətləri və məmurları da orada idilər. Ruhani üçün bir saat yarımlıq konsert verdim. Sevilən mahnılarımın bir çoxunu oxudum.

Konertddən sonra onunla görüşdük. Ruhani mənə öz təşəkkürünü bildirdi. Mən mahnını oxuyandan sonra bizimkilər əl çaldı, Ruhani isə ayağa durdu, əllərini çarpazlayıb sinəsinin üstünə qoydu. Konsertə çox gözəl münasibət bəslədi. Mənim mahnılarımı ona tərcümə edirdilər.

O oxuduğum “Ana” mahnısını xüsusi ilə sevdi. Mahnını oxuyub bitirəndən sonra Ruhani ayağa qalxıb, hətta mənə baş əydi.

Bu çox ağır, məsuliyyətli bir məclis idi. Mən sual etdim ki, nə əcəb mən bu məclisə dəvət olunmuşam? Dedilər ki, biz bilirik ki, hansı qonağın qarşısına kimi çıxartmaq lazımdır. Ansamblım da yanımda idi, elə bil ki, qol-qanadım yanımda idi, heç bir problem ola bilməzdi.

Mənə sonradan dedilər ki, Ruhani səni çox bəyənib, İrana dəvət edir. Deyir ki, nə zaman istəsə İrana gələr.

İran prezidentinin bu dəfəki səfərindən xəbərdaram. Ancaq onunla bağlı hansısa tədbirə dəvət almamışam.

Şahanə RƏHİMLİ


Teqlər:





Xəbər lenti