Əməkdar artist müsahibəsinə görə işdən qovuldu

Əməkdar artist müsahibəsinə görə işdən qovuldu
  14 Noyabr 2014    Oxunub:2917
Əməkdar artist “Direktor Azdramanı məhv edir” başlıqlı müsahibəsinə görə işdən çıxarılıb
AzVision.az xəbər verir ki, AzNews.az-a açıqlamasında Telman Əliyev xəbəri təsdiq edib: “Teatrın baş mühasibi məni yanına çağırıb dedi ki, səninlə bağlanan müqaviləyə noyabr ayının 16-dan xitam veririk”.

Telman Əliyev işdən çıxarılması səbəbini baş mühasibdən soruşduqda "Maliyyə yoxdur” cavabını alıb.

Qeyd edək ki, adıçəkilən müsahibədə aktyor Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun ünvanına sərt fikirlər səsləndirib.

AzVision.az


Teqlər:





Xəbər lenti