İrandan narkotikin keçirilməsinə icazə verilmədi

İrandan narkotikin keçirilməsinə icazə verilmədi
  15 Noyabr 2014    Oxunub:1616
Piyada yolla İran İslam Respublikasından Azərbaycana gələn Asəf Həsənovun üzərindən heroin, metamfetamin və metadon aşkar edilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən, A.Həsənov sərnişin şöbəsində gömrük nəzarətindən keçirilib. Onun ayaqqabısının içliyindən 201,27 qram heroin, 0,65 qram metadon və 1,719 qram psixotrop maddə olan metamfetamin tapılıb. Fakt üzrə araşdırma aparılır.

Məlumatda, həmçinin qeyd edilir ki, gömrük orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 135 fakt aşkarlanıb. Bu faktlar üzrə 160 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.


Teqlər:





Xəbər lenti