Şimali Koreya dünyanı sarsacaq

Şimali Koreya dünyanı sarsacaq
  16 Fevral 2013    Oxunub:2387
Nüvə silahını sınaqdan çıxartdıqdan sonra ABŞ və Cənubi Koreyanın böyük etirazlarına səbəb olan Şimali Koreya yenə diqqətləri öz üzərinə cəmləyib.
Səbəb isə yeni nüvə silahının testdən keçirilməsidir.Bu haqda Şimali Koreya höküməti artıq Çinə məlumat verib.
Şimali Koreya keçirəcəyi yeni nüvə silahının yaradacağı təsirin əvvəlkindən dəfələrlə güclü olacağını deyib. Sınaq yerin altında keçiriləcək və 10 min ton TNT gücündə olacaq.
Həmçinin, bu il ərzində 5-ci nüvə silahı yoxlanışının da keçiriləcəyi və nüvə silahı olan roketin atılacağı da bildirilib. Şimali Koreyanın bu cəhdinin ABŞ və Cənubi Koreya tərəfindən necə qarşılanacağı maraqla gözlənilir.


Teqlər:





Xəbər lenti