ABŞ-ın nüfuzlu qəzeti Qarabağdan yazdı

ABŞ-ın nüfuzlu qəzeti Qarabağdan yazdı
  06 May 2013    Oxunub:1049
ABŞ-ın nüfuzlu qəzetində Ermənistan-Azərbaycan münaqişəsinə dair məqalə dərc edilib.
Mayın 3-də Konqres üzvləri arasında xüsusi nüfuza malik "Roll Call" qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun müəllifi olduğu, Kəlbəcərin işğalı ilə əlaqədar qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbulunun 20 illiyinə həsr olunmuş məqalə dərc edilib.

Səfirlikdən verilən məlumata görə, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bütövlükdə Avrasiya regionunda sülh və təhlükəsizliyə təhdid kimi xarakterizə edilir.

Münaqişənin həllini tapacağı təqdirdə, Cənubi Qafqaz regionun daha da inkişafı və çiçəklənməsi baxımından əvəzsiz və illərdir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından itirilmiş imkanlar açılacağı qeyd olunur.

Bu xüsusda, BMT TŞ-nin qəbul etdiyi qətnamələrin gec də olsa yerinə yetirilməsinin regionda beynəlxalq hüququn prinsiplərinə hörmət baxımından uğurlu presedent rolunu oynayacağı bildirilir.(trend)


Teqlər:





Xəbər lenti