Üç istiqamətdə atəşkəs pozulub

Üç istiqamətdə atəşkəs pozulub
  06 May 2013    Oxunub:1118
Erməni Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edir.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti