`Azəriqaz` qış rejiminə niyə keçmir?

 `Azəriqaz` qış rejiminə niyə keçmir?
  17 Noyabr 2014    Oxunub:2721
“Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümünə keçməyə tam hazırdır”.
Bunu AzVision.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, hazırlıq işləri ilə əlaqədar avadanlıqların təftişi və təmiri işləri başa çatdırılıb:

“İstehlakçıların fasiləsiz təbii qazla təmin olunması üçün ölçü qovşaqlarında köməkçi xətlər quraşdırılıb. Yeni qaz xətlərinin çəkilişi, istismara yararsız qaz xətlərinin dəyişdirilməsi istiqamətində fəaliyyət yenilənib. Bu gün əhalinin tələbatına uyğun olaraq “Azəriqaz” tərəfindən qazın verilişi təmin olunur. Qazanxanaların işə düşməsi ilə əlaqədar qaz həcmi artırılıb. Ötən ilin bu günki dövrü ilə müqayisədə əhaliyə 21 milyon kubmetrdən artıq təbii qaz verilib. Bu iki dəfədən də artıqdı. Hazırda tərəfimizdən bəzi tənzimləmə işləri aparılır”.

“Azəriqaz” İB-nin rəsmisi bildirib ki, son günlər qazanxanaların işə düşməsi ilə əlaqədar olaraq tələbat daha da artıb:

“Bununla əlaqədar qazın həcmini artırmışıq. Ola bilər bəzi yerlərdə problemlər var, yaxın günlərdə onlardan aradan qaldırılacaq”.

Qeyd edək ki, qış mövsümünün başlamasına baxmayaraq, bəzi yerlərdə qaz verilişində problemlər mövcuddur. Abonentlərin çoxu təbii qazın təzyiqinin aşağı olmasından şikayətlənirlər.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti