Qadın boksçularımız dünya çempionatında

Qadın boksçularımız dünya çempionatında
  18 Noyabr 2014    Oxunub:2573
Koreya Respublikasının Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatına start verilib. Yarışda 67 ölkədən 337 boksçu qələbə uğrunda mübarizə aparır.
Azərbaycan Boks Federasiyasından AzVision.az-a bildiriblər ki, seçmə komandamız dünya çempionatında 8 idmançı ilə təmsil olunur. Əsas medal ümidlərimizdən biri - Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropovadır (69 kq).

Baş məşqçi Şamil Məhəmmədbəyov heyətə Əzizə Abbasova (48 kq), Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyeva (69 kq), Leyla Cavadova (75 kq) və Aynur Rzayevanı (81kq-dan artıq) daxil edib. Dünya çempionatının ilk günündə boksçularımızdan heç biri rinqə çıxmayıb.

Boksçularımızdan Anaxanım Ağayeva tailandlı Sopida Satumrum, Məhsəti Həmzəyeva meksikalı Esquvel Ledesmay, Yana Alekseyeva macarıstanlı Vivien Tsombor, Yelena Vıstropova ingiltərəli Steysi Kopeland ilə üz-üzə gələcəklər.

Görüşlərin idarə olunmasında ölkəmizi hakim Fuad Aslanov təmsil edir.


Teqlər:





Xəbər lenti