Müsabiqədə qalib gələn Həccə gedəcək - FOTO

Müsabiqədə qalib gələn Həccə gedəcək - FOTO
  18 Noyabr 2014    Oxunub:1812
İlk dəfə 2011-ci ildə keçirilən “Miss World Muslimah”ın (Müsəlman qadınlarının dünya gözəllik müsabiqəsi) bu ilki finalçıları İndoneziyada toplaşıblar.
AzVision.az xaricimətbuata istinadən xəbər verir ki, bu il dördüncüsü keçirilən müsabiqədə 25 ölkə yarışır.

Rəsmi müsabiqə sayılmayan tədbiri mərkəzi İndoneziyada yerləşən Dünya Müsəlman Dərnəyi (World Muslimah Foundation) təşkil edib. 25 finalçının hər birinin fərqli ölkələrdən olması vacib deyil. Eyni ölkədən bir neçə iştirakçı da finala çıxa bilər.

Müsabiqənin qaliblərinə Həcc ziyarəti, Avropa, Yaxın Şərq, Türkiyə, Bruney, Malayziya, Hindistan və İranda təlim və təcrübə imkanları yaradılacaq.


Teqlər:  





Xəbər lenti