Bakıda `avtoş` polisi küçə ilə sürüdü

Bakıda `avtoş` polisi küçə ilə sürüdü
  18 Noyabr 2014    Oxunub:7401
Noyabrın 17-dən 18-nə keçən gecə 01.15 radələrində Bakının Nərimanov rayonunda yol polisi əməkdaşı xidməti borcunu yerinə yetirərkən ağır xəsarət alıb.

AzVision.a xəbər verir ki, bu barədə Vesti.Az-a Nərimanov rayon polis idarəsində bildiriblər.

Məlumdur ki, insident Xətai № 40 evin yanında baş verib. İstintaq tərəfindən Namiq Xanəliyeva məxsus, Toyota Prado-nun müəyyən edilməyən sürücüsü, yol hərəkət qaydalarını pozub, buna görə 1979-cu il təvəllüdlü Dövlət yol polis əməkdaşı Hüseynov Əbuzər Cəbrayıl oğlu tərəfindən saxlanılıb.

Polis açıq pəncərədən sənədləri yoxlamaq əlini içəri salrakən sürücü ani pəncərənin şüşəsini qaldırıb və asayiş keşikçisinini əlini sıxıb.

Qaydanı pozan qaza basıb. Bu vəziyyətdə polisi bir neçə metr sürükləyib.

Hüseynov əlini güclə çıxarıb, sürücü isə hadisə yerindən uzaqlaşıb. İnspektor ağır xəsarət alıb, dirsəyi sınıb və DİN hospitalına çatdırılıb.

Hal-hazırda polis kobud sürücünü axtarır.


Teqlər:  





Xəbər lenti