Güləşçilərimiz 3-cü oldular - Dünya çempionatında

Güləşçilərimiz 3-cü oldular - Dünya çempionatında
  19 Noyabr 2014    Oxunub:1673
Daşkənddə güləş üzrə böyüklər arasında keçirilmiş dünya çempionatının nəticələrində dəyişiklik baş verib. Sərbəst güləş yarışlarında 97 kiloqram çəki dərəcəsində bürünc medal qazanmış Türkiyə təmsilçisi Şamil Erdoğanın qadağan olunmuş preparatlardan istifadəsi bir neçə mərhələli yoxlamalardan sonra təsdiqini tapıb. Bununla əlaqədar Dünya Güləş Birliyi Şamil Erdoğanın iki il müddətinə oyunlardan kənarlaşdırılmasına, onun qazandığı medalın Kuba güləşçisi Javier Kortinaya verilməsinə qərar verib.

Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, bu qərar komanda hesabında ölkələrin sıralamasına da təsir edib. Türkiyə yığmasının hesabından bürünc medalın silinməsi dünya çempionatını dördüncü sırada tamamlayan sərbəst güləş millimizin bir pillə irəliləməsinə səbəb olub.

Beləliklə, Daşkənddə keçirilmiş dünya çempionatını 1 qızıl (Hacı Əliyev, 61 kq) və 1 gümüş (Xetaq Qazyumov, 97 kq) medalla başa vuran sərbəst güləşçilərimiz komanda hesabında Rusiya və İrandan sonra 36 xalla üçüncü yerdə qərarlaşıb.



Teqlər:





Xəbər lenti