Zəlimxan Yaqub danışa bilmir

Zəlimxan Yaqub danışa bilmir
  19 Noyabr 2014    Oxunub:2709
Aşıqlar Birliyin sədri, Xalq şairi Zəlimxan Yaqubun səsi batıb.
Bu barədə AzVision.az-a xalq şairinin özü məlumat verib. O, səsi ilə bağlı hazırda müalicə olunduğunu deyib.

Z.Yaqub yaxın günlərdə böyrəklərinin müəlicəsi ilə əlaqdar olaraq Almaniyaya gedəcəyini də açıqlayıb:

“Dekabr ayının 4-də böyrəklərimin müalicəsi üçün yenidən Almaniyanın Hannover şəhərinə gedəcəyəm. Hazırda özümü yaxşı hiss edirəm. Azərbaycanda da müalicələrimi davam etdirirəm. Səsim batıb. Danışa bilmirəm. Ona görə də müalicə alıram”.

Qeyd edək ki, Aşıqlar Birliyin sədri, xalq şairi Zəlimxan Yaqub bir müddətdir ki, böyrəklərində olan xəstəlikdən əziyyət çəkir. Xalq şairi müalicə ilə əlaqədar olaraq artıq bir neçə dəfə Almaniyaya gedib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti