Azərbaycan üçün qızıl iPhone 6 - FOTOLAR

Azərbaycan üçün qızıl iPhone 6 - FOTOLAR
  19 Noyabr 2014    Oxunub:4490
Caviar şirkəti səyahətlərə həsr olunmuş yeni iPhone zərgərlik kolleksiyasını təqdim edib.
AzVision.az xəbər verir ki, modellər arasında Azərbaycana həsr olunanı da var.

Caviar brendi Apple iPhone modellərinin zərgərlik modifikasiyaları ilə məşhurdur. Bahalı Caviar aparatlarının hazırlanması üçün qızıl, brilyant, dəri, titan, nadir ağac növləri kimi bahalı materiallardan istifadə edilir. Telefonların hamısı əl işidir.

Caviar-ın Azərbaycana həsr olunmuş qızıl telefonunda ölkəmizin gerbi və xəritəsi əks olunub. Orada Azərbaycanın bütün tarixi əraziləri qeyd edilib. Telefonun üzərində "Azerbaijan Land of Fire" cümləsi də yazılıb. Qızıl smartfonun qiyməti 2754 avrodur. Smartfonun təqdimatı noyabrın sonunda Bakıda açılacaq Caviar butikində həyata keçiriləcək. (day.az)


AzVision.az


Teqlər:  





Xəbər lenti