Azərbaycan internetində yeni təhlükə - XƏBƏRDARLIQ

Azərbaycan internetində yeni təhlükə - XƏBƏRDARLIQ
  20 Noyabr 2014    Oxunub:6624
Son zamanlar internetin Azərbaycan seqmentində sıra spam və zərərli faylların tranzaksiyasında aktivlik müşahidə olunur. Bu barədə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) xəbər yayıb.

Müşahidə olunan aktivlik müxtəlif ölkələr üzərindən, müxtəlif ip ünvanlarla, o cümlədən müxtəlif "mail hosting" və "mail" istifadəçiləri tərəfindən ölkəmizdəki e-mail istifadəçilərinə "my new photo ;)" mövzusu ilə və "my_photo.zip", "iphone_photo.zip" , "photo.zip", "transact_store.zip" bu kimi digər əlavələrlə (attachment) viruslu məktublar göndərilir.

Aktivliklə əlaqədar CERT bütün e-mail istifadəçilərini diqqətli olmağa çağırır və e-mail istifadəçilərini bu kimi "mail"ləri açmaması və dərhal silməsi üçün xəbərdarlıq edir.

Bu kimi "mail"lərin alınması və əlavədəki faylların açılması sizin kompüterinizi və məlumatlarınızı, o cümlədən, qurumunuzun, təşkilatınızın, şirkətinizin şəbəkəsindəki digər kompüter və ya hər hansı informasiya daşıyıcı və vasitələrini təhdid qarşısında qoyur.


Teqlər:





Xəbər lenti