"Neftçi"nin oyunçuları arasında əlbəyaxa dava

Rekord.az-ın verdiyi xəbərə görə, komandalar fasiləyə yollanan zaman "Neftçi"nin futbolçuları Elvin Yunuszadə ilə Ernest Nfor arasında mübahisə düşüb. Tərəflər öncə bir-birlərini zəif oynamaqda ittiham edib, sonra isə bir-birlərinə hücum çəkərək əməlli-başlı əlbəyaxa davaya çıxıblar.
Yalnız kənardakıların müdaxiləsindən sonra onları sakitləşdirib soyunub-geyinmə otağına aparmaq mümkün olub.
Teqlər: