“Vulkan” moteli generalın bacısı oğlunundur...

“Vulkan” moteli generalın bacısı oğlunundur...
  21 Noyabr 2014    Oxunub:2887
Daxili İşlər Nazirliyi “Vulkan” otelin DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-moyoru Rasim Musayevə məxsus olması xəbərinə reaksiya verib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya bildirib ki, motelin generala məxsus olması haqda iddiaların əsası yoxdur:

“Bir sıra saytlar ucuz sensasiya dalınca qaçaraq DİN-də yüksək vəzifə tutan Rasim Musayev barədə onun işgüzar nüfuz və imicinə xələl gətirən əsası olmayan məlumat yayıblar. Belə məlumatların yayılması isə hüquqi məsuliyyət yaradır. Əslində, həmin motel Rasim Musayevin qohumu olan və təxminən 7 il əvvəl avtomobil qəzasında dünyasını dəyişən Vasif Abbasova məxsusdur. Onun vəfatından sonra isə ailə üzvləri moteli başqa bir şəxsə kirayə veriblər. Bu faktdan da görünür ki, motelin Rasim Musayevə aidiyyatı yoxdur”.

Qeyd edək ki, otelin sahibi olan və 7 il əvvəl vəfat edən Vasif Abbasov R. Musayevin bacısı oğlu olub.


Teqlər:





Xəbər lenti