Prezident eks-prezidentləri qəbul edib

Prezident eks-prezidentləri qəbul edib
  06 May 2013    Oxunub:967
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Uruqvayın keçmiş Prezidenti Luis Alberto Lakalleni qəbul edib.
Görüşdə Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyətindən danışılıb, Azərbaycan ilə Uruqvay arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Həmçinin, prezident İlham Əliyev bu gün Latviyanın keçmiş Prezidenti Valdis Zatlersi də qəbul edib.

Görüşdə Bakıda keçiriləcək Birinci Cənubi Qafqaz Forumunun önəmi qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafı məmnunluqla vurğulanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti