`ASAN Könüllüləri`ndən yeni layihə

`ASAN Könüllüləri`ndən yeni layihə
  21 Noyabr 2014    Oxunub:1786
“ASAN Könüllüəri” Gənclər Təşkilatı ictimai birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Öz peşəm öz gələcəyimdir” layihəsinin açılış mərasimi 24 noyabr tarixində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində baş tutacaq. Tədbirdə 50-dən artıq qonaq və rəsmilərin iştirakı gözlənilir.

“Öz peşəm öz gələcəyimdir” layihəsinin keçirilməsinin əsas məqsədi yeniyetmələrə peşə seçimində köməklik göstərmək, seçəcəkləri peşə sahiblərinin peşəkarları ilə görüşdürmək, real işlə tanış etmək və onların arzuladıqları peşə ilə reallıqda olan peşə arasında oxşar və fərqli cəhətləri onlara çatdırmaqdır. Layihə əsasən yeniyetmələr, məktəbli gəncləri və xüsusi ilə də 6-10-cü sinif şagirdlərini əhatə edəcək.

Layihə boyunca Bakı şəhərində yerləşən müxtəlif məktəbləri ziyarət etməklə orada təhsil alan şagirdlərə müxtəlif peşə sahibləri, uğurlu şəxslərin iştirakı ilə diskussiyalar təşkil olunacaq etdikləri ixtisasla hal-hazırki ixtisasın eyni olub olmadığını, ixtisası seçərkən yaşanan çətinlikəri və bu zaman nəyə önəm verdiklərini yeniyetmələrə çatdıracaqlar.

Daha sonra isə həmin gənclər müxtəlif texnoparklara,səhiyyə ocaqlarına,universitetlərə və təlimlərdə iştirak edərək ekspertlərin çalışdığı müəsiisələrə səfər edəcək və yerindəcə real işlə tanış olacaqlar.

“Öz peşəm öz gələcəyimdir” layihəsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident Administrasiyanının İctimai-siyasi şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun məsul əməkdaşı Səbuhi Rzazadə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, ADA Universitetinin müəllimi Abbas Abbasov, İnsan resusrları və təlim sektoru üzrə ekspert Nərgiz Seyidzadə iştirak edəcəklər.


Teqlər:





Xəbər lenti