Forum iştirakçıları İlham Əliyevin qəbulunda

Forum iştirakçıları İlham Əliyevin qəbulunda
  06 May 2013    Oxunub:1070
İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədrlərini, Madrid Klubunun prezidentini və üzvünü qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, Latviyanın keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqanı, Madrid Klubunun üzvü, İsveçrənin keçmiş Prezidenti xanım Mişelin Kalmi Reyi, Madrid Klubunun prezidenti, Niderlandın keçmiş Baş naziri Vim Koku, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.

Madrid Klubunun Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə Bakıda təşkil etdikləri Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyətinin vurğulandığı görüşdə, Forumun regionda və beynəlxalq aləmdə gedən siyasi, iqtisadi, mədəni və digər proseslərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaradacağına əminlik ifadə olundu.

AzVision.az


Teqlər:  





Xəbər lenti