`Müəllim bizi tualetə gətirdi və başladı...` - VİDEO

`Müəllim bizi tualetə gətirdi və başladı...` - VİDEO
  22 Noyabr 2014    Oxunub:3970
Dünən Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbində çəkilmiş videonun təfərrüatları məlum olub.

Hazırda internat məktəbində olan “Qafqazinfo”nun əməkdaşı xəbər verir ki, məsələ barədə videoda görüntülənən uşaqlar və məktəbin direktoru danışıb.

İnternatın müdiri Gülnarə Abdullayevanın açıqlamasına görə, dünən axşam belə bir hadisə həqiqətən də baş verib:

“Məktəbin həm müəllim, həm də tərbiyəçisi olan Mülkicahan Əliyeva xüsusi qayğıya ehtiyacı olan iki uşağı yataq korpusuna gətirib. Tualetdə birini soyunduraraq, digərinin əlinə şlanq verib. Bundan sora həmin səhnəni videoya çəkib. Və görüntülər internet vasitəsilə yayılıb. Biz hadisə barədə axşam saat 5-də bildik. Bu gün həmkarlar təşkilatının yığıncağını çağırıb, əmək məcəlləsinə əsasən həmin müəllimi vəzifəsindən azad etdik. Mülkicahan Əliyeva 16 il burada çalışıb, daha əvvəl isə direktor müavini olub. Hüquq müdafiəçilərinin videonu yaymağını qınayıram, bu məsələdə hansı məqsəd güdməklərini də başa düşmürəm. Həmin müəllimə bu ilin sentyabr ayında yanıq hadisəsi zamanı töhmət almışdı. Ondan dəfələrlə həm uşaqlar, həm müəllimlər tərəfindən şikayətlər edilib. Kollektivi iflic vəziyyətə gətirmişdi”.

Məlum videonun əsas qəhrəmanları əlində şlanq olan Ramin Nəzərov və çimdirilən Tural Fətullayevin birinin 10, digərinin isə 11 yaşı var. Onlar da hadisəni direktorun dediyi kimi təsvir edirlər:

“Müəllim gətirdi bizi bura. Şlanq verdi və sonra başladı bizi çəkməyə...”

Maraqlısı isə budur ki, internat məktəbinə gələn Ramin Nəzərovun valideyni Gülzaman Muradova direktorun dediklərini təkzib edib:

“Birincisi uşağın görüntüsünün qoyulmağından narahatam. Lazım gəlsə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Amma Mülkicahan Əliyeva haqqında indiyə kimi pis heç nə eşitməmişəm. Onun kiminsə xətrinə dəyməyini və ya uşaqları təhqir etməyini də görməmişəm”.




Teqlər:  





Xəbər lenti