Qadın boksçularımız yarımfinalda

Qadın boksçularımız yarımfinalda
  22 Noyabr 2014    Oxunub:1423
Koreya Respublikasının Jeju şəhərində qadınlar arasında boks üzrə dünya çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasından AzVision.az-a verilən məlumata görə, milli komandamızın iki üzvü yarımfinala vəsiqə qazanaraq medalları təmin ediblər.

Avropa çempionu Yelena Vıstropova (69 kq) dörddəbir finalda ABŞ təmsilçisi Danielle Volf üzərində qələbə qazanıb -2:1. Boksçumuz yarımfinalda Panama idmançısı Athena Bilon ilə qarşılaşacaq.

Dörddəbir finalda avstraliyalı Şelli Votsu 3:0 hesabı ilə mübarizədən kənarlaşdıran Yana Alekseyevanın (60 kq) növbəti rəqibi Fransa təmsilçisi Estell Mosseli olacaq.

Anna Əlimardanova isə (54 kq) dörddəbir finalda uduzaraq, medal qazanmaq şansını itirib. Millimizin üzvü türkiyəli Ayşə Taşa məğlub olub – 0:3.

Yarımfinal görüşləri noyabrın 23-də, finallar isə 24-də keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti