“Vay,vay, mən də lap İlhaməyə döndüm” – Flora Kərimova

  22 Noyabr 2014    Oxunub : 1907
“Vay,vay, mən də lap İlhaməyə döndüm” – Flora Kərimova
Xalq artisti Flora Kərimova "Gündəlik" verilişinin qonağı olub.
AzVision.az gecce.az-a istinadən xəbər verir ki, sənətkar efir boyu illərdir qanlı-bıçaq olduğu həmkarı İlhamə Quliyevanı da yad etməyi unutmayıb. Verilişin aparıcısı Mətanət Əliverdiyevanın "Mən sizi heç vaxt daş-qaşlarla görməmişəm, niyə taxmırsınız?" sualına belə cavab verib.

"Bir dəfə İlhamə Quliyeva dedi ki, məndə olan daş-qaşlar heç kimdə yoxdur. Taxsa da, yaraşmaz". Mən də taxmıram".

Kərimova canlı efirdə əzəli rəqibinin "Yaşın nə fərqi var ki?" mahnısını parodiya edib.

"İlhamə mənə heç vaxt rəqib deyil. Mənim səsimə rəqib yoxdur. Vay, vay, mən də lap İlhaməyə döndüm. Onun kimi dedim".

AzVision.az

Teqlər: