"Neftçi"də yeni baş məşqçi

AzVision.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Elşən Əhmədovun istefasından sonra boş qalmış bu vəzifə bundan əvvəl "Neftçi"nin U-19 komandasını çalışdıran Samir Əliyevə tapşırılıb.
S. Əliyev hazırda AFFA-nın təşkil etdiyi “A” kateqoriyalı məşqçilik kurslarında iştirak etdiyindən, əvəzediciləri “Xəzər Lənkəran”la sabah keçiriləcək oyuna məşqçi Səttar Əliyev çıxaracaq.
Bundan başqa, “Neftçi”nin U-19 komandasının baş məşqçisi vəzifəsinə Azər Bağırov təyin olunub.
Teqlər: