Arda Turan hamını qorxutdu

Arda Turan hamını qorxutdu
  23 Noyabr 2014    Oxunub:1571
"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan İspaniya La Liqasının 12-ci turunda "Malaqa" ilə keçirilən oyunda huşunu itirib.

AzVision.az anspress-ə istinadən xəbər verir ki, matçın 19-cu dəqiqəsində yerdən sıçrayan topa müdaxilə etmək istəyən türkiyəli futbolçu rəqib oyunçu Antunesin zərbəsindən sonra yerdə qalıb.

Burnundan qan açılan futbolçu həkimlərin ilkin tibbi yardımından sonra özünə gəlib. Həmin epizodda görüşün baş hakimi Fernando Teyxeyranın oyunu davam etdirməsi "Atletiko"lu futbolçuların və azarkeşlərin etirazına səbəb olub.

Qeyd edək ki, "Atletiko" - "Malaqa" oyunu 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.


Teqlər:





Xəbər lenti