Buşun nəvəsi bizdən məmnun qalıb

Buşun nəvəsi bizdən məmnun qalıb
  06 May 2013    Oxunub:1076
Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ABŞ-ın keçmiş prezidenti Corc Buşun nəvəsi Corc Preskot Buş ilə görüşüb.
ADU-dan AzVision.az-a verilən məlumata görə, S.Seyidov ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında danışaraq, Amerika mərkəzinin fəaliyyətini xüsusi olaraq vurğulayıb, bu mərkəzdən nəinki ADU-du tələbələrinin, eyni zamanda digər universitet tələbələrinin yararlandığını bildirib.

O, ABŞ ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini deyib, iki ölkə münasibətlərindən və Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyasından söz açıb.

Corc Preskot Buş Azərbaycana ilk dəfə gəldiyini və buradan gözəl təəssüratlarla ayrılacağını söyləyib.

O, iki ölkə arasında, eləcə də ADU ilə səfrilik arasındakı əməkdaşlığı yüksək qiymətləndirib, bu əməkdaşlığın davamlı olmasını arzulayıb, ADU tələbələri ilə görüşməkdən və onlarla ünsiyyətdən məmnun olduğunu bildirib.

Görüşdən sonra qonaq ADU-nun İnformasiya Resurs Kompleksində tələbələr qarşısında çıxış edib.

Xatırladaq ki, Corc Preskot Buş Azərbaycana Bakıda mayın 6-8-də Beynəlxalq Nizami mərkəzi və Madrid klubu tərəfindən təşkil olunmuş Cənubi Qafqaz forumunda iştirak edəcək.




Teqlər:





Xəbər lenti