Aida Mahmudova “Asan”da

Aida Mahmudova “Asan”da
  06 May 2013    Oxunub:4379
Sərgidə 3 rəssamın əsəri nümayiş olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və YARAT! Müasir İncəsənət Məkanı Ümumilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində birgə sərgi təşkil ediblər.

AzVision.az xəbər verir ki, sərgidə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov və YARAT! Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərgidə açılış nitqi ilə çıxış ediblər.

Sərgidə Fərid Rəsulov, Faiq Əhməd, Çingiz Babayevin əsərləri “ASAN xidmət” mərkəzinin xidmətlərindən faydalanan geniş əhali kateqoriyası təqdim olunub.

Sərgidən geniş materialı bir qədər sonra saytımızdan oxuya bilərsiniz.

Anar
Foto: Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti