Azərbaycan futbolunun problemləri müzakirə olundu

  24 Noyabr 2014    Oxunub : 822
Azərbaycan futbolunun problemləri müzakirə olundu
Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvlüyünə namizəd mütəxəssislərin iştirakı ilə iclas keçirilib.
AFFA-dan AzVision.a-a bildiriblər ki, baş katib Elxan Məmmədovun rəhbərliyi ilə keçirilən iclasda Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev və Böyükağa Hacıyev iştirak ediblər.

Toplantıda ölkə futbolunun hazırkı vəziyyəti, klub və milli komanda səviyyəsində inkişaf yolları və perspektivləri ətraflı müzakirə olunub, problemlərdən çıxış yolları ilə bağlı təkliflər irəli sürülüb.

Qeyd olunub ki, belə müzakirələr mütəmadi qaydada aparılacaq.

AzVision.az

Teqlər: