İsmayıllıda doğuş faciəsi – iki ananı öldürdü (ÖZƏL)

İsmayıllıda doğuş faciəsi – iki ananı öldürdü (ÖZƏL)
  25 Noyabr 2014    Oxunub:4487
Ötən gün axşan saatlarında İsmayıllı rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
AzVision.az-ın əldə etdiyi məlumata görə, rayonun Quşencə kənd sakini Ağayeva Afət Balaqardaş qızı doğuş zamanı dünyasını dəyişib.

Hadisədən xəbər tutan xəstənin yaxınları xəstəxanada qarşıdurma yaradıblar. Xəstənin ailə üzvləri A.Ağayevanın həkim günahından öldüyünü bildirirlər.

“Afətin heç bir xəstəliyi, problemi yox idi. Onu həkimlər öldürdülər”-deyə xəstənin yaxınları əməliyyat aparan həkimdən şikayət edəcəklərini deyiblər.

Qeyd edək ki, A.Ağayeva 3 uşaq anası olub.

Doğuşu həkim Məlahət Hüseynova aparıb. Maraqlı fakt odur ki, M.Hüseynovanın adı bundan öncə də daha bir ana və körpə ölümündə hallanmışdı. Belə ki, ötən ilin iyunun 28-də Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı da doğuş zamanı dünyasını dəyişmişdi. Hadisəsə təqsirləndirilən həkim M.Hüseynova 6 ay doğuşa girmək qadağan edilmişdi.

Hadisə ilə bağlı hazırda araşdırma aparılır.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti