Foqtsun xələfi dekabrın 3-də bilinəcək
İclasın gündəliyində duran əsas məsələ Azərbaycanın əsas və U-21 millisinin baş məşqçisinin təsdiqlənməsidir. Hazırda ölkəmizdə olan xorvatiyalı mütəxəssis Robert Prosineçkinin yığmamızın baş məşqçi vəzifəsinə gətiriləcəyi gözlənilir. Onunla danışıqlar müsbət nəticələnərsə, İK məhz Prosineçkini millimizin yeni baş məşqçisi kimi təsdiqləyəcək.
Ümumilikdə gündəliyə aşağıdakı məsələlər daxil edilib:
1. Məşqçilər Komitəsinin yaradılmasının, Əsasnaməsinin və üzvlərinin təsdiqi.
2. Milli Komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi.
3. U-21 yığma komandasının baş məşqçisinin təsdiqinin müzakirəsi.
4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi.
5. Lisenziyalaşdırma qrupunun məlumatı.
6. Digər məsələlər.
AzVision.az