“Qarabağ” Fransaya getdi

Son Azərbaycan çempionu Fransaya tam heyətlə gedib. Zədə səbəbindən "Sent-Etyen"lə görüşdə oynamayacaq Reynaldo, Çumbinyo və Danilo Diaş, eləcə də komandaya gec qoşulduğuna görə Avroliqadan kənarda qalan İnnosent Emeqara da Fransaya aparılıb.
Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Sent-Etyen" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
Teqlər: