İrandan 10 kq narkotik keçirmək istədilər

İrandan 10 kq narkotik keçirmək istədilər
  26 Noyabr 2014    Oxunub:1491
Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İran İslam Respublikası istiqamətindən külli miqdarda - ümumi çəkisi 10 kiloqram 800 qram olan narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzVision.az-a verilən məlumata görə, noyabrın 17-də isə həyata keçirilən qabaqlayıcı əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasına gətirilən 5 kiloqram tiryək və 5,8 kiloqram marixuana dövriyyədən çıxarılıb.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti